BAKI, 29 may. TELEQRAF

Zabrat qəsəbəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar qəsəbəyə su verilişində fasilə yaranacaq.

Teleqraf "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istinadən xəbər verir ki, fasilə mayın 30-da səhər saatlarından axşam saatlarınadək davam edəcək.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi əvvəlki rejimdə bərpa olunacaq.