​BAKI, 20 may. TELEQRAF

"Bu Plenar İclasın gündəliyinə nəzər saldıqda aydın olur ki, əsas məqsəd ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir. Bu, qlobal səviyyədə korrupsiyaya qarşı mübarizənin daha effektiv və sistemli şəkildə aparılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Teleqraf xəbər verir ki, bu barədə GlobE Şəbəkəsinin Rəhbər Komitəsinin sədr müavini Boni de Moraes Soares BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi “GlobE Network” 6-cı Plenar İclası zamanı bildirib.

“Bu səbəbdən də biz bu əməkdaşlığı davam etdirməli, birgə fəaliyyətimizi daha da dərinləşdirməliyik. Yalnız qarşılıqlı təcrübə mübadiləsi, informasiya paylaşımı və koordinasiyalı yanaşma vasitəsilə korrupsiyaya qarşı effektiv nəticələr əldə edə bilərik”,- o qeyd edib.