
BAKI, 17 may. TELEQRAF
Mayın 17-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 21.18-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4 olub.
Zəlzələ ocağı 70 km dərinlikdə yerləşib.