BAKI, 17 may. TELEQRAF

Bu gün beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb.

Teleqraf xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün keçiriləcək.

"Əyani mərhələnin birinci turu olan analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb. İmtahan verbal, rəqəmsal və abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb", - deyə F. Hacıyev əlavə edib.