BAKI, 12 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, bu çərçivədə, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fiziki şəxs Abbaszadə Elsevər Əvəz oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.