BAKI, 27 mart. TELEQRAF

Həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır. Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir.

Qeyd edək ki, Bakının Yasamal rayonu Alatava ərazisində tikinti şirkəti sakinlərin razılığı olmadan evin bir hissəsini dağıdıb. Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan deyib.