BAKI, 17 mart. TELEQRAF

Dosent Raqif Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

R.Qasımov bu təyinata qədər UNEC-in rəqəmsallaşdırma üzrə prorektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Qasımov 1983-cü il avqust ayının 11-də Bakı şəhərində anadan olub. 2000-ci ildə Binəqədi rayonu 246 saylı məktəb-litseyi bitirib və həmin il Nazirlər Kabineti nəznində Xalq Təsərrüfatı İdarəetmə İnstitutuna daxil olub. Adı keçən institutun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə birləşdirilməsi ilə əlaqədar olaraq 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin məzunu olub.

2011-ci ildə “Azərbaycandakı müəssisələrdə insan resurslarının idarəedilməsi” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı qazanıb.

Ailəlidir, 2 övladı var.