
BAKI, 13 mart. TELEQRAF
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.