BAKI, 14 fevral. TELEQRAF

Yağışlı hava paytaxt yollarında sıxlığın yaranmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət belədir:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.