
GORANBOY, 8 fevral. TELEQRAF
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Yuxarı Ağcakənd kəndində baş verib.
Qızılhacılı kənd sakini 30 yaşlı Yusif Orucov idarə etdiyi "Kamaz" markalı yük maşınını aşırıb.
Qəza zamanı sürücü hadisə yerində həyatını itirib.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanılarının əməkdaşları cəlb olunublar.
Qəzanın səbəbləri araşdırılır.