.jpg)
LƏNKƏRAN, 7 fevral, TELEQRAF
Lənkərana yağan leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ötən gün şəhərə yağan leysan yağışları nəticəsində bir neçə kəndin ərazisini, eləcə də küçə və prospektləri su basmışdı.
Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların əməkdaşları yağışın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində intensiv iş aparırlar.
Hazırda şəhərin su basmış "Təzə qəbristanlıq" adlandırılan ərazisində yığılıb qalan suların axıdılması üçün kollektorlar qazılır.