
Milli Məclisin plenar iclası günün ikinci yarısı da çıxışlarla davam edir.
Teleqraf.com xəbər verir ki, günün ikinci yarısı keçirilən iclasda “Elm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, “Elm haqqında” qanun layihəsinin təqdim olunması böyük nailiyyət kimi qəbul olunmalıdır. Onun sözlərinə görə, elm və tərəqqi olmadan heç bir ölkənin inkişafına nail olmaq mümkün deyil: “Elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır. Son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur. Bunların yaranma səbəblərini araşdırmaq və ionları həll etmək üçün mükəmməl qanunverilim orqanının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bu günkü iclasa təqdim etmişik”.
Ş.Hacıyev qeyd edib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: “Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabət qabiliyyətli inkişafa nail ola bilək. Layihınin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elm i nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan super dövlət deyil, ancaq iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə emin inkişafına nail olaq və elmi təqdiqatların keyfiyyətini daha da artıraq”.
Komitə sədri bildirib ki, elmin inkişafı sahəsində qanunvercilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: “Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir. Ali təhsil müəssisələrinin də universitetlərin inkişaf etdirilməsi layihədə qabardılan əsas istiqamətlərindən biri olub”.
Müzakirələr davam edir.
Nemət