
“2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”na əsasən peşə liseyləri üzrə yerinə yetirilməli olan işlərin növbəti mərhələsi başlayıb.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, 10.02.2015-10.03.2015 aralığını əhatə edən bu mərhələdə buraxılış sinif şagirdlərinin cari tədris ilinə aid illik qiymətləri peşə liseyləri əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir.
Daxil edilmiş məlumatlara görə 5036 nəfər peşə liseyləri məzunu buraxılış imtahanında iştirak etməlidir.
NİGAR