ABŞ prezidentliyinə namizəd Donald Tramp seçilərsə, rəqibi Kamala Harris kimi Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, buna görə də ABŞ dağılana qədər Rusiyaya qarşı məhdudiyyətlər həmişə qüvvədə olacaq:

"Tramp başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına xələl gətirir. Amma o, ABŞ-da inqilaba start verəcək və bədnam dərin dövlətin anti-Rusiya xəttinə qarşı çıxacaq qədər axmaq deyil. Üstəlik, Kamala Harrisdən heç bir sürpriz gözləmək lazım deyil. Çünki o, təcrübəsiz və axmaqdır".