
Paytaxtın Moskva prospektində şəhər istiqamətində (20 Yanvar dairəsi) aparılan təmir işləri yekunlaşıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları aparıb.