
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyinat alıb.
Məlumatı Müdafiə Nazirliyindən saytımıza təsdiq ediblər.
Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal yayıb.