Daxili İşlər Nazirliyi əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyat Bakıda və respublikanın digər bölgələrində keçirilir.

Tədbirlər nəticəsində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda əməliyyatın davam etdirildiyi bildirilir.

***

15.07

Daxili İşlər Nazirliyi İranın casus şəbəkəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, "SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalında əməliyyat keçirilib.

Əməliyyat zamanı 7 nəfərin saxlanıldığı bildirilir.

***

13.13

Hazırda Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilir.

Teleqraf.com xəbər verir ki, əməliyyatla bağlı təfərrüat bir qədər sonra açıqlanacaq.