Milli Məlisin növbədənkənar sessiyası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova deyib.

O əlavə edib ki, növbədənkənar sessiyasının başa çatması müsəlman aləmində Qurban Bayramı gününə təsadüf edir.

Spiker Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan dövlət himninin səsləndirilməsi ilə növbədənkənar sessiyanın fəaliyyəti başa çatıb.