“Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” layihə müzakirə edilib.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır.

Bundan öncə Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılıb.

Venesuela prezidenti Azərbaycanda 3 dəfə səfərdə olub. Böyük ölkə olan Venesuela ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun yaradılması çox vacibdir.

Komitə sədri bildirib ki, Venesuela parlamenti ilə İşçi Qrupun rəhbər kimi deputat Tamam Cəfərovanın təyin edilməsini təklif edirlər.

Daha sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.