Milli Məclis “Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi məsələsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər əsasən əmək haqları ilə bağlıdır.

Qanunun 1.1. 34.1-ci, 34.2-ci və 34.3-cü maddələr aşağıdakı redaksiyada verilir.

34.1 maddəyə edilən dəyişikliyə əsasən Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.2. Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.3. Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.”;
1.2. 34.4-cü maddədə “bir aylıq vəzifə maaşı” sözləri “hər ay vəzifə maaşlarının iki misli” sözləri ilə əvəz edilir.

Dəyişikliyə əsasən 1.3. 35.2-ci maddə ləğv olunur.

Dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, parlament “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklikləri ikinci oxunuşda qəbul edib.