Milli Məclisdə dövlət büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quluyev təqdim edib.
Komitə sədri Musa Quliyev Azərbaycanın son 12 ilinin ən böyük büdcə artımı ilə bağlı rəsmi qərarların qəbulunun əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Quliyev deyib ki, Azərbaycanın iqtisadi gücünün artması aztəminatlı təbəqənin sosial rifahının da yüksəldilməsinə imkan verəcək:
“Birinci oxunuşda bu barədə məlumat verdiyim üçün məsələlərə dərindən toxunmuram. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 299 milyon 500 min manat artıralacaq. Bu məbləğin böyük hissəsi Prezidentin sərəncamı ilə aztəminatlı ailələrin rifahına yönəldiləcək. Bundan əlavə uşaqların doğulması ilə əlaqədar müavinət 200 manatdan 300 manata qaldırılıb və bu sahəyə əlavə 4 milyon manat artırılacaq. Layihənin mahiyyətinə dəyişiklik edilməyib. Mən həmkarlarımı sənədi müdafiə etməyə çağırıram”.