“Paytaxtımızda keçirilən IX Qlobal Bakı fomu Azərbaycanın dünyada artan nüfuzunu göstərdi. Bununla Azərbaycan əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirdi. Prezident Əliyev forumda əhatəli çıxışı zamanı mühüm mesajlar verdi. Ölkə başçısının formunda dediyi fikirlər göstərdi ki, biz qalib ölkənin vətəndaşlarıyıq və vəziyyətə diktə edirik. Xüsusilə, prezidentin Zəngəzur dəhlizi ilə bağlı fikirləri İrəvanda revanşistlər tərəfindən yanaşmalara tutarlı cavab oldu”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri əlavə edib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük bərpa işləri həyata keçirilir.
Onun sözlərinə görə, prezident özü də dəfələrlə qeyd edib ki, bunu təkcə dövlətin üzərinə qoymaq düzgün olmazdı: “Bəli, Azərbaycan xalqı bütövlükdə bərpa işlərində fəal iştirak etməlidir.
Bizə yüzlərlə qaçqın və məcburi köçkünlər müraciət edir. Onlar ata-baba vətənlərini görmək arzusu ilə yaşayırlar. Hesab edirəm ki, minalardan təmizlənən ərazilərə hansısa marşurutlar açmaqla bu insanların arzusunu həyata keçirmək mümkündür”.