Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Miste Tum” MMC-nin qeyr-qanuni stimullaşdırıcı lotereya keçirdiyini aşkar edib.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a məlumata görə, keçirilən nəzarət tədbirləri nəticəsində “Mister Tum” MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması müəyyən olunub.

QKDK “Mister Tum” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Naibə