Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər.

Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər 8-9 sentyabr tarixlərində gerçəkləşəcək.


Gürcüstan nümayəndə heyətinin üzvləri sentyabrın 9-da Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəklər.

/APA/