Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.

“Azəriqaz” İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qaz təchizatının bərba edilməsi istiqamətində iş aparılır.