BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin münaqişədən əvvəlki səviyyədən aşağı düşəcəyinə əmindir.

Teleqraf xəbər verir ki, o, bunu Kentukkidə Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən mitinqdə bildirib.

"Bu müharibə çox tezliklə bitəcək. Və o bitdikdə, benzinin qiyməti əvvəlkindən daha aşağı olacaq", - deyə Amerika lideri bildirib.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 17 oktyabrda benzinin qiyməti 4,30 dollar olub. Müharibədən öncə isə bu qiymət 3 dollar idi. Dizel yanacağının qiyməti bir qallon üçün təxminən 6,52 dollardır ki, bu da bir il əvvəlkindən təxminən 2,41 dollar çoxdur.