Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb.

Cüdo Federasiyasından Teleqraf-a verilən məlumata görə, Azərbaycan təmsilçiləri ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (66 kiloqram), Kamran Süleymanov (73 kiloqram), Fəridə Mirzəyeva (52 kiloqram) və Ülviyyə Bayramova (57 kiloqram) finaladək irəliləyərək, turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kiloqram) və Gülnarə Bayramova (57 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 2 gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.