GƏNCƏ, 17 oktyabr. TELEQRAF

Gəncə Basketbol Klubunun baş məşqçisi istefaya göndərilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında bildirilib.

Klub Martin Knejeviçlə yolları ayırdığını bildirib.

"FİBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib", - deyə açıqlamada bildirilib.