BAKI, 17 oktyabr. TELEQRAF
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
Teleqraf xəbər verir ki, silahlı qarşıdurma zamanı azı yeddi Pakistan əsgəri ölüb, altısı yaralanıb.
Döyüşlər Əfqanıstanın Paktiya əyalətinin Dand Pathan rayonunda, iki ölkə arasındakı sərhəd olan Durand xətti yaxınlığında baş verib. Toqquşmalar zamanı iki qüllə dağıdılıb və Pakistan sərhəd təhlükəsizlik kamerası məhv edilib.
Atışmalar davam edir.