BAKI, 17 oktyabr. TELEQRAF
Keniyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı yeddiyə çatıb, bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb .
Son 24 saatda ölkədı dörd yeni yoluxma halı aşkarlanıb, o cümlədən ilk Ebola xəstəsini müalicə edən üç səhiyyə işçisi də xəstəliyə yoluxub.
Səhiyyə Nazirliyi ilkin yoluxma halı ilə təmasda olan 130 nəfərdən 128-nin müəyyən edildiyini və karantinə alındığını bildirib. Hakimiyyət orqanları səyahət, ticarət və ya ictimai tədbirlərə heç bir məhdudiyyət qoymayıb.
Keniyada ilk Ebola virusuna yoluxma halı 5 oktyabrda Konqo Demokratik Respublikasından (KDR) Uqanda vasitəsilə gələn Keniya vətəndaşında aşkar edilib. Kişi sonradan vəfat edib. KDR-də hazırda təsdiqlənmiş peyvənd olmayan Bundibugyo virusunun yaratdığı Ebola epidemiyası davam edir.