BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya külli miqdarda silahı təzminat olmadan təhvil verməkdə günahlandırıb.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti birinci prezidentlik müddətində (2017-2021 – red) ordunu yenidən qurduğunu deyib: "Lakin sonra Baydenin Ukraynaya çox şey verdi. O, çox şey verdi. Onlar ödəyəcəkdilər, çünki etməli olduqları tək şey Avropa Birliyindən pul istəmək idi və onlar da ödəyəcəkdilər. Mən gəldim və bunu etdim”.