BAKI, 17 oktyabr. TELEQRAF
Hindistanın şərqindəki Kəlküttə şəhərindəki dini mərasimdə izdiham zamanı azı 17 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu gün saat 18 radələrində şəhərdə dini mərasim keçirilib və 35 nəfər ayaqlar altında qalıb. Onlardan 18 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
İzdiham zamanı bir çox insan huşunu itirib.