“Peyvənd millətçiliyinə son qoymalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, strateji və dünya miqyasında fəaliyyət bütün ölkələrə fayda gətirəcək:

“Hər kəs təhlükəsiz və sağlam olmadığı müddətcə heç kimin sağlamlığına zəmanət yoxdur ”.

Tedros Adhanom Qebreyesus ÜST-ə üzv ölkələrə məktub göndərdiyini deyib:

“Üzv ölkələrdən “COVAX” adlı çoxmillətli peyvənd araşdırmamıza daxil olmalarını istədim. Ölkələr öz maraqlarını digər ölkələrin qarşısına qoymamalıdır. Bu vəziyyət epidemiyanı daha da pisləşdirəcək”.