BAKI, 23 dekabr. TELEQRAF

“Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nizamnamə kapitalı yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil- kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidirlər.