​BAKI, 7 aprel. TELEQRAF

2025-ci ilin ilk rübündə proaktiv sosial təyinatlarla bağlı statistika açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin yanvar-mart ayları ərzində proaktiv şəkildə 39 250-dən çox aylıq və birdəfəlik sosial müavinət və təqaüd təyinatı həyata keçirilib.

Təyinat alanların 54,28 faizini kişilər, 45,72 faizini isə qadınlar təşkil edib.