BAKI, 27 fevral. TELEQRAF
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, toplantıda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Qeyd edək ki, Komissiyasının ilk iclası fevralın 12-də olub və 100-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, növbəti əfv sərəncamı imzalanana qədər Komissiyanın iclasları mütəmadi keçiriləcək.
Lakin sərəncamın nə zaman imzalanacağı məlum deyil. Bu məsələ Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.