BAKI, 19 fevral. TELEQRAF
Naftalan Şəhər Maliyyə Şöbəsinə yeni rəis təyin olunub.
Teleqrafın yerli bürosu xəbər verir ki, Elman Paşayev bu vəzifəyə təyin edilib.
O, daha öncə Naftalan Şəhər İcra Hakimiyyətinin sektor müdiri - baş mühasib vəzifəsində işləyib.
E.Paşayev 2024-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.