BAKI, 6 oktyabr. TELEQRAF
Qanun layihəsində məlumat verən şəxslərin əmək fəaliyyətinin təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni mexanizm nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Layihəyə əsasən, şəxs qanunsuz təsirdən və ya ədalətsiz rəftardan yayınmaq məqsədilə iş yerinin və ya xidmət göstərdiyi yerin dəyişdirilməsi üçün təşkilat rəhbərinə müraciət edə bilər. İşçinin razılığı olduqda müraciətin təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir.