BAKI, 6 oktyabr. TELEQRAF
Qanun layihəsi böyük təşkilatların korrupsiya barədə məlumatların qəbulu üçün xüsusi kommunikasiya kanalları yaratmasını nəzərdə tutur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Layihəyə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları ilə yanaşı, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər konfidensiallığın və anonimliyin təmin edilməsinə imkan verən kommunikasiya kanalı yaratmalıdırlar.
Bu kanallar vasitəsilə korrupsiya ilə bağlı məlumatların elektron formada göndərilməsi və konfidensial məsləhət alınması mümkün olacaq.