BAKI, 6 oktyabr. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə kommunal xidmətlərdən güzəştli istifadə edən sahibkarlarla bağlı qaydaya dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini “Büdcə sistemi haqqında” Qanununun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.