BAKI, 6 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.