BAKI, 6 oktyabr. TELEQRAF

Qanun layihəsində məlumat verən şəxslərin və onların yaxınlarının təhlükəsizliyinin qorunmasına dair xüsusi mexanizm nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.

Əgər məlumat verən şəxsin, onun yaxın qohumunun öldürülməsi, onlara zor tətbiq edilməsi və ya əmlaklarına ziyan vurulması ilə bağlı real təhlükə yaranarsa, xüsusi təhlükəsizlik tədbirləri tətbiq edilə biləcək.

Bu tədbirlər “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.