BAKI, 6 oktyabr. TELEQRAF
Qanun layihəsinə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxs, onun yaxın qohumu həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödənilməsi təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Eyni zamanda, belə məlumat vermə ilə əlaqədar bədən xəsarəti alan şəxsə 10 min manat birdəfəlik müavinət veriləcək.
Məlumat verən şəxsin əmlakına dəymiş zərərin isə qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi nəzərdə tutulur.