BAKI, 6 oktyabr. TELEQRAF
Korrupsiya barədə məlumat verən şəxslər özləri üçün konfidensial məsləhət ala biləcəklər. Belə ki, məlumat verən şəxslərin müraciət zamanı hüquqları barədə məlumatlandırılması və onlara məsləhət verilməsi də nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Məlumat verən şəxs müraciət etdiyi vaxtdan 20 iş günü müddətində maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət almaq hüququna malik olacaq.