BAKI, 6 oktyabr. TELEQRAF

Ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.

Layihədə ətraf mühitə zərər vuran fəaliyyətlərin qarşısının alınması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, yaşıllıqların qorunması və ekoloji məlumatların əlçatanlığının artırılması ilə bağlı müddəaların əksini tapması nəzərdə tutulur.

Sənədə əsasən, dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin ətraf mühitin mühafizəsi sahəsində vəzifələri müəyyənləşdiriləcək.

Qanun layihəsinin əsas məqsədi ekoloji təhlükəsizliyin təmin edilməsi və gələcək nəsillər üçün sağlam ətraf mühitin qorunmasıdır.