BAKI, 18 may. TELEQRAF

"WUF13-ün nəticələrinin COP29 kimi uğurlu olacağına ümid edirəm".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.

Dövlət başçısı tədbirə olan rekord marağı xüsusi vurğulayaraq bildirib: "Bizdə olan məlumata görə, artıq 182 ölkədən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçımız var və bu, rekord göstəricidir".

İlham Əliyev bu forumun miqyasına və əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, WUF13 Azərbaycanda bir il yarım əvvəl uğurla təşkil olunmuş COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir.

Dövlət başçısı bu mötəbər şəhərsalma forumunun nəticələrinin də ən azı COP29 qədər uğurlu və səmərəli olacağına ümidvar olduğunu bildirib.