BAKI, 27 aprel. TELEQRAF

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.