BAKI, 13 aprel. TELEQRAF

"CICA (AQEM) Qadınlar Şurasının ilk iclası və “Davamlı İnkişaf üçün CICA məkanında qadınların səsi” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmişəm".

Bunu Teleqraf-a açıqlamasında Pakistanın İnsan Hüquqları Nazirliyinin Parlament katibi Saba Sadiq deyib.

"Bu, qadın hüquqları mövzusuna həsr olunan ilk konfransdır. Azərbaycanda qadın hüquqları yüksək səviyyədə təmin olunur. Bu tədbir qadınların ictimai-siyasi və iqtisadi həyatda inkişafına mühüm töhfə verəcək və bu istiqamətdə vacib amillərdən biri olacaq. Sabah keçiriləcək beynəlxalq konfransda qadın hüquqları ilə bağlı Pakistanın Baş naziri Şahbaz Şərifin mesajını çatdıracam", - deyə S.Sadiq əlavə edib.