BAKI, 13 aprel. TELEQRAF
ABŞ 13 aprel tarixindən etibarən İrana qarşı dəniz blokadasına başlayacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, blokada ABŞ-nin şərq sahili vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 17:00) qüvvəyə minəcək.
Məlumata görə, ABŞ hərbi qüvvələri İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmiləri dayandıracaq. Qeyd olunub ki, bu tədbirlər bütün ölkələrin gəmilərinə şamil ediləcək və İran limanları ilə bağlı bütün dəniz hərəkəti nəzarətə götürüləcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ tərəfi Hörmüz boğazında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və bölgədə hərbi aktivliyin artırılacağını açıqlamışdı.