BAKI, 11 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla gözlənilən danışıqlarda Vaşinqtonun əsas tələbinin Tehranın nüvə silahı əldə etməməsi olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“İrana heç bir halda nüvə silahı verilməməlidir. Bu, bizim üçün əsas məsələdir”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, İran rəsmiləri daha əvvəl də ölkənin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan ediblər.